Rusiya prezidenti Vladimir Putinin köməkçisi Dmitri Kalimulinin oğlu, Moskva Dövlət Universitetinin tələbəsi Aleksandar Kalimulin vəfat edib.
Bu barədə Moskva Dövlət Universitetinin Hüquq fakültəsi öz saytında məlumat yayıb.
Qeyd olunub ki, gənc iyunun 29-da dünyasını dəyişib. Universitetdən onun asudə vaxtlarını müasir musiqiyə həsr etdiyini, nağara çaldığını, idmana həvəs göstərdiyini bildiriblər. Aleksandar ilə vida mərasimi çərşənbə günü baş tutacaq.
Ölümün səbəbi açıqlanmayıb. Kremlin saytında Dmitri Kalimulinin evli və bir oğlu olduğu bildirilib.
Mənbə: RİA Novosti