Körpə Sevdanın anası yardım diləyir: "Müalicə üçün köməyə ehtiyacımız var"

Onaylıq körpənin dəstəyə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun anası Laləgül Əliyeva məlumat verib.

O, övladının başında anadangəlmə maye olduğunu bildirib.

"Sevda 2023-cü ilin avqust ayında dünyaya gəlib. Hamiləliyim boyu müayinələrdə heç bir problem görünməyib. Amma Sevda doğulandan sonra onun başında maye olduğunu öyrəndik. Elə həmin gündən də müalicələrə başlamışıq. Həkimlər ciddi müalicə olunarsa, bu mayenin fəsadsız keçib gedəcəyini deyirlər".

Laləgül Əliyeva qızının müalicəsi üçün yardımsevər şəxslərə səslənib.

"Sevdanın müalicəsi üçün bizim hazırda 1 000 manata ehtiyacımız var. Sizin saytınızın dəstəyi ilə Türkiyəyə gedib, müayinələrdən keçmişik. Hazırda bunları qarşılamaq üçün bizim imkanımız çatmır. Yardımsevər şəxslərdən övladıma dəstək olmağı xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 315-81-43.

"Unibank": 5243 7544 4375 4195.