Sabirabadda qardaşın bacısını incitdiyinə dair görüntülər yayılıb.
Lim10.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdəki şəxsləri tanıyanlar hadisənin Sabirabad rayonu, Cəngan kəndində yaşandığını deyirlər. Belə ki, iddialara görə, kənd sakini içki aludəçisidir və bacısına qarşı zorakılıq tətbiq edir, özü isə evdə istirahət edir.
Onları tanıyan şəxslər ərazi üzrə evlərinin kənddəki marketdən 700 metr aralıda olduğunu yazırlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sorğu ünvanlanıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lim10.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin görüntülərlə bağlı polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb:
"Qadının ruhi xəstə olduğu müəyyən edilib. Ona zor tətbiq edilməsi iddiaları isə öz əksini tapmayıb".
Sabirabadda qardaş bacısına zorakılıq edir?
Könül Cəfərli