Seulun mərkəzində avtomobilin piyadalara çırpılması nəticəsində azı doqquz nəfər ölüb, dörd nəfər yaralanıb.
Bu barədə Cənubi Koreya polisinə istinadən məlumat yayılıb.
Bildirilib ki, qəza Seul meriyasının yaxınlığındakı yolayrıcında baş verib. Avtomobili idarə edən yaşlı kişi işıqforun yaşıl işığını gözləyən piyadaları vurub. Onun hadisədən əvvəl daha iki avtomobillə toqquşduğu bildirilir.
Hadisə yerində saxlanılan sürücü avtomobilin sürətinə nəzarət etmədiyini deyib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: TASS