Rusiyada külək inşaat kranını aşırdı

Sankt-Peterburqda (Rusiya Federasiyası) güclü külək nəticəsində inşaat kranı aşıb.

Hadisə Nevski rayonunda, Bolşevikov prospektində baş verib.

İlkin məlumata görə, aşan konstruksiya küçədəki naqilləri qırıb. Zərərçəkənlərin olması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hazırda Rusiyanın Şimal paytaxtında güclü yağış, qasırğa və toz fırtınası müşahidə olunur. Küləyin sürəti 31 metr/saniyəyə çatır.

Zərər çəkmiş avtomobillər, yıxılan ağaclar və sökülən damların olduğu bildirilir. Pulkovoda hava limanında tufan rejimi elan edilib. Gələn reyslərin vaxtı pis hava şəraiti bitənə qədər dəyişdirilib.

Mənbə: aif.ru