Bakının Suraxanı rayonunda yol-nəqliyyat hadisəsi olub, avtomobildə sıxılı vəziyyətdə qalan sürücü xilas edilib.
Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, E.Bəkirov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər.
Müəyyən olunub ki, "Isuzu" markalı avtobus ilə "Shacman" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və avtobusun sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1967-ci il təvəllüdlü Fariz İbad oğlu Bayramovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Həmin görüntüləri təqdim edirik:
Bakıda avtobus yük avtomobili ilə toqquşdu