Sərnişinlər 49 nömrəli marşrut xəttində sərnişin avtobusunun sürücüsündən narazılıq edirlər.
Lim10.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, sərnişin iddia edir ki, gediş haqları qaldırılsa da, sərnişin avtobusunda komfort və rahatlıq aşağı səviyyədədir.
Məsələ ilə bağlı sözügedən marşrutun daşıyıcı şirkəti olan "AzlandPlaza"nın rəhbəri Bəhruz Tağıyev Lim10.az-a açıqlamasında 49 nömrəli marşrutun avtobuslarında kondisioner sistemlərinin nasaz olduğuna dair iddiaları əsassız hesab etdiyini deyib:
"Avtobuslarımız "Avro-5" standartlarına cavab verir. Kondisioner sistemi də işlək vəziyyətdədir. Əgər hər hansı bir nasazlıq olsa, nəqliyyat vasitəsinə dərhal baxış keçirilir və texniki problem aradan qaldırılır. Nəzərə almaq lazımdır ki, havalar həddən artıq isti keçir. Sərnişinlər arasında isə yaşlılar, səhhətində problem olanlar var. Avtobuslar hər 500 metrdən bir qoyulan müvafiq dayanacaqlarda dayanır, qapılar açılır. Elə sərnişin var ki, avtobus çox soyuq olduğu üçün kondisionerin söndürülməsini xahiş edir. Elə sərnişinlər də var, isti üzündən kondisionerin yandırılmasını istəyir.
Sürücü də hər bir halda sərnişinlərin xahişini mümkün qədər nəzərə almağa çalışır. Görüntülərdə pəncərənin açıq olduğu görünür. Bəzən sərnişinlər pəncərəni açır, düşən zaman isə bağlamırlar. Digər sərnişinlər də bunu bağlamaqla məsul deyillər. Sürücü də fiziki olaraq hər sərnişin düşdükdən sonra pəncərələr açıqdır-bağlıdır deyə yoxlaya bilməz. Pəncərələr açıq olduğu zaman kondisionerə də güc düşür, işləsə belə sərnişinlər işləmir deyirlər. Ona görə bəzən bu cür anlaşılmazlıqdan dolayı belə görüntülər ortaya çıxır. İstəsəniz istənilən avtobusumuza minib gün ərzində çəkiliş edib, kondisionerlərdə problem var, yoxsa yox, özünüz də yoxlaya bilərsiniz".
49 nömrəli marşrutun avtobuslarında kondisioner işləmir? - AÇIQLAMA
49 nömrəli marşrutun avtobuslarında kondisioner işləmir? - AÇIQLAMA
Könül Cəfərli