Alimlər qarışqalarda insan kimi davranış aşkar ediblər

Yapon alimləri "Camponotus floridanus" növündən qarışqaların tibbi göstəricilərlə amputasiya edən ilk həşərat olduqlarını kəşf və sübut ediblər.

Məlumata görə, bu növün nümayəndələri yaraların müalicəsi üçün antibiotik maddəsi ifraz edən xüsusi bir vəzə malikdirlər. Tədqiqat zamanı mütəxəssislər qarışqaları bud nahiyəsindən yaralayıblar. Digər qarışqalar isə onları buddan yuxarı dişləyərək, ayağını tamamilə qoparıblar. Mütəxəssislərin fikrincə, bu cür üsullar onların sağ qalma nisbətini artırıb.

"Tədqiqatımız insanlardan sonra heyvanlar arasında zədələnmiş fərdləri müalicə etmək üçün amputasiyadan istifadə edən ilk nümunə idi", - deyə məlumatda bildirilib.

Mənbə: vm.ru