ŞƏT-in iclasında İranın nümayəndəsi masanın üzərinə Rəisinin fotosunu qoyub

Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısına qatılan İranın nümayəndə heyəti iş masasının üzərinə helikopter qəzasında faciəvi şəkildə həlak olmuş İbrahim Rəisinin fotosunu qoyub.

İranı ŞƏT-in iclasında ölkənin vitse-prezidenti Məhəmməd Möhbər təmsil edir.

Qeyd edək ki, bu gün Qazaxıstanın sədrliyi ilə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti sammiti işə başlayıb.

Mənbə: "Ria_Kremlinpool" "Telegram" kanalı