Xırdalanda 17 yaşlı qızı avtomobil vurub

Abşeron rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Xırdalan şəhərində avtomobil yolu keçən 2007-ci il təvəllüdlü Yeganə Akif qızı Səlimzadəni vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.