Pirallahıda avtomobil 46 yaşlı qadını vurub

Pirallahı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 1978-ci il təvəllüdlü Tyurina Marina İqor qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması, baş beyinin əzikləri diaqnozları qoyulub.