Moskvaya doğru güclü "Orxan" qasırğası hərəkət edir, Rusiya paytaxtının küçələri "su altında qala" bilər.
Bu barədə yerli meteorologiya idarəsindən məlumat verilib.
Bildirilir ki, bununla əlaqədar şəhərdə artıq parklar və zoopark bağlanıb.
Hazırda "Orxan" Moskva vilayətində tüğyan edir, xüsusilə Zveniqorod və Krasnoznamenskdə güclü külək əsir və leysanla müşayiət olunan tufan müşahidə edilir.
Sosial şəbəkələrdə təbii fəlakətin ilkin təsirlərinin görüntüləri yayılıb.
Məlumata görə, qasırğa yerli vaxtla saat 17-18 radələrində pik nöqtəsinə çatacaq və gecə saat 2-3-ə qədər davam edəcək.
Yerli administrasiya Moskva sakinlərini ehtiyat tədbirlərinə riayət etməyə çağırıb, evdə qalmağı və küçəyə çıxmamağı məsləhət görüb. Bundan başqa avtomobilləri ağaclardan uzaqda saxlamaq və uşaqları küçəyə tək buraxmamaq tövsiyə olunub.
Moskva "Orxan" qasırğasına görə bu gün su altında qala bilər
Mənbə: News.ru