Bakıda BMW "Nissan"ı vurub səkiyə tulladı

Ötən gecə Bakının Xətai rayonu 8 Noyabr prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lim10.az xəbər verir ki, BMW və "Nissan" markalı avtomobillər toqquşub.

Hadisə ilə bağlı Lim10.az-ın sorğusunu cavablandıran Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.

O qeyd edib ki, hadisə gecə saat 1:24-də baş verib:

"BMW markalı nəqliyyat vasitəsi əvvəlcə "Nissan" markalı avtomobilə, daha sonra yol kənarında olan maneələrə çırpılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır".

Əzizə İsmayılova