Ağır əməliyyat keçirən gəncin dəstəyə ehtiyacı var

29 yaşlı Rövşən Hüseynovun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun özü məlumat verib.

Rövşən Hüseynov üç il öncə böyrəkköçürmə əməliyyatı olunduğunu, hazırda isə ağciyərində problem yarandığını deyib:

"2017-ci ildə bədənimdə yaranan səpgilərə görə həkimə müraciət etdim. Mənə allergiya diaqnozu qoyub, müalicə etdilər. Günü-gündən bədənim şişməyə başladı. Daha sonra Bakıda xəstəxanalardan birinə yollandıq. Burada müayinələrdən sonra mənə böyrəklərimin fəaliyyətinin dayandığını dedilər. Dörd ilə yaxın müalicə aldım, amma heç bir faydası olmadı. Günü-gündən vəziyyətim daha da ağırlaşdı. 2021-ci ildə isə əmim mənə öz böyrəyini verdi".

Gənc hazırda ağciyərində çirklənmə getdiyini deyib:

"Böyrəyimə görə daim nəzarətdəyəm. Son dövrlər isə ağciyərimdə çirklənmə getdiyini öyrənmişəm. Müalicələrim bahadır, inanın, çatdırmaq mümkün deyil. Səhhətimə görə işləyə bilmirəm, atam və mənim pensiyamla dolanmağa çalışırıq. Hazırda müalicəmi davam etdirə bilmək üçün 2 000 manata ehtiyacım var. İmkanlı şəxslərdən mənə dəstək olmağı xahiş edir, bu çətin yolda məni tək qoymamalarını istəyirəm".

Ailə ilə əlaqə: (055) 851-62-91.

"Beynəlxalq Bank": 4127 2093 0989 2872.