Respublikanın dəmyə bölgələri üçün tövsiyələr verən Qobustan Bölgə Təcrübə Stansiyası

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun (ƏETİ) Qobustan Bölgə Təcrübə Stansiyasının fəaliyyətinin əsasını elmi-tədqiqat işlərini yerinə yetirməklə təsərrüfatın rentabelliyinin yüksəldilməsi təşkil edir.

Bu məqsədlə rayonlaşmış, aqro-bioloji xüsusiyyətləri və yüksək təsərrüfat göstəricilərilə fərqlənən yem, dənli və dənli-paxlalı bitki sortlarının ilkin toxumçuluğunun təşkilini və müxtəlif reproduksiyalı toxumlarının istehsalını həyata keçirir.

Qobustan Bölgə Təcrübə Stansiyası taxılçılıqda yüksək məhsulun əldə olunması üçün rayonlaşmış və perspektiv sortların sort aqrotexnikasını öyrənməklə respublikanın dəmyə bölgələri üçün tövsiyələr verir və institut tərəfindən verilmiş sifariş və digər elmi-tədqiqat işlərini yerinə yetirir.

PhotoStock.az Qobustan Bölgə Təcrübə Stansiyasından fotoreportaj hazırlayıb:

Daha çox şəkil burada: PhotoStock.az