Bakıda İçərişəhər ərzisində qala divarlarının bir neçə metrliyində iaşə obyektinin tikintisi işləri aparılıb.
Lim10.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşım edilib.
Qeyd olunur ki, İçərişəhərdəki qala divarlarının qarşısında restoran fəaliyyəti göstərilməsi üçün qanunsuz tikinti işi aparılır. Bu, qala divarlarının qarşısının kəsilməsinə və onsuz da gediş-gəlişin sıx olduğu ərazidə daha böyük hərəkət məhdudiyyətinin yaranmasına səbəb olacaq.
Məsələ ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə sorğu ünvanladıq. Qoruğun mətbuat xidməti Lim10.az-ın sorğusuna cavab olaraq ərazinin qoruğa aid olmadığını bildirdi.
Bu dəfə isə Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan Lim10.az-ın sorğusuna cavab olaraq qeyd edildi ki, koordinatlarla həmin ərazi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin inzibati ərazisinə aiddir".
Əzizə İsmayılova