Abşeronda 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində öldü

Abşeronda 2 yaşlı körpə bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Saray qəsəbəsində yerləşən fərdi evlərdən birində baş verib.

2022-ci il təvəllüdlü O.Cəbrayılov yaşadığı evin ikinci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.