Bakıda 38, Aran rayonlarında 40 dərəcə isti olub - FAKTİKİ HAVA

İyulun 6-sı saat 11:00-a olan məlumata görə, gözlənildiyi kimi, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Lim10.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi Göygöldə 16 metr/saniyə, Şahbuzda 17 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, Naxçıvan MR-da 38, Aran rayonlarında 40, dağlıq rayonlarda 31 dərəcəyədək isti olub.