Milanın əsas hava limanına Silvio Berluskoninin adı veriləcək

İtaliyanın Milan şəhərinin əsas hava limanı olan Malpensa hava limanı bundan sonra mərhum dövlət xadimi Silvio Berluskoninin adını daşıyacaq.

Bunu İtaliyanın nəqliyyat naziri Matteo Salvini bildirib.

Qeyd edək ki, Silvio Berluskoni 1994-2011-ci illər arasında üç dəfə İtaliyanın baş naziri olub. O, 2023-cü ilin iyununda 86 yaşında vəfat edib.

Media maqnatı və "Forza Italia" partiyasının qurucusu olan bu şəxs İtaliyada silinməz iz qoyub. Berluskoni "Milan" futbol klubunun sahibi kimi də tanınıb.

Mənbə: rg.ru