Balet əfsanəsi Marina Kondratyeva 91 yaşında vəfat etdi

Rusiyanın Dövlət Akademik Böyük Teatrının prima-balerinası Marina Kondratyeva 91 yaşında vəfat edib.

Bu barədə teatrın mətbuat attaşesi Katerina Novikova məlumat verib.

"SSRİ xalq artisti, Böyük Teatrın prima-balerinası və müəllimi Marina Viktorovna Kondratyeva bu gecə 91 yaşında dünyasını dəyişib", - deyə o bildirib.

Novikovanın sözlərinə görə, vida mərasimi və dəfn tarixləri daha sonra açıqlanacaq.

Marina Kondratyeva 1 fevral 1934-cü ildə Sankt-Peterburqda anadan olub. 1952-1980-ci illərdə Böyük Teatrın balet truppasının solisti olub. Aleksandr Radunskinin quruluşunda "Konyok-Qorbunok" baletində "Vodyanitsa", Leonid Lavrovskinin quruluşunda "Paqanini" baletində "Muza" partiyalarının ilk ifaçısı olub. Həmçinin onun ifa etdiyi partiyalar arasında Sergey Prokofyevin eyniadlı baletində "Zoluşka", Boris Astafyevin "Bağçasaray fontanı" baletində "Mariya" var.

SSRİ Xalq artisti, həmçinin "Şərəf nişanı" (1959) və "Şərəf" (2001) ordenləri ilə təltif edilib. O, V Ümumdünya Gənclər və Tələbələr Festivalının (Varşava, Polşa, 1955) laureatı, "Teatr sənətinin inkişafına göstərdiyi görkəmli töhfəyə görə" fəxri nominasiyasında "Qızıl maska" mükafatının (2023) laureatı olub.

Mənbə: TASS