Xoşagəlməz an: Ağ Ev rəhbəri dini xidmət zamanı donub qaldı

ABŞ Prezidenti Co Bayden yenə qəribə hərəkəti ilə gündəm olub. Belə ki, Filadelfiya kilsəsində seçki kampaniyası zamanı pastor ibadətçilərdən ayağa qalxmağı xahiş edərkən Ağ Ev rəhbəri yerində donub qalıb və boşluğa baxıb. Onun trans vəziyyət aldığı video sosial şəbəkələrdə viral olub.

ABŞ liderinin bu hərəkəti builki prezident seçkisində onun namizədliyi ilə bağlı artan narahatlıqlar fonunda baş verib.

Qeyd edək ki, mediada yayılan məlumatda Co Baydenin təkcə siyasətçilərin və dövlət başçılarının deyil, hətta dostlarının da adlarını unutmağa başladığı bildirilir. Məlumata görə o, indi həyat yoldaşı Cillin dəstəyi olmadan ictimaiyyət qarşısına çıxa da bilmir.

Xoşagəlməz an: Ağ Ev rəhbəri dini xidmət zamanı donub qaldı

Xoşagəlməz an: Ağ Ev rəhbəri dini xidmət zamanı donub qaldı

Mənbə: Kp.ru