"Zəfər salnaməsi" adlı konserti haqda düşüncələrim...

Bütün şagirdlər istəyirlər ki, yay tətilini səmərəli keçirsinlər. Bəziləri rayonlara gedir, yay tətilini nənə-babalarının yanında keçirirlər, bəziləri valideynləri ilə başqa ölkələrə üz tuturlar, getdikləri yerləri gəzirlər. Mən bu yay tətilini yenə də Bakıda keçirməli oldum. Ümid edirəm ki, gələn yay tətilini hazırda tikilib qurulmaqda, yenidən cənnətə çevrilməkdə olan doğma baba ocağımız Ağdamda keçirə biləcəyəm. Bakıda qaldığımdan tətilini maraqlı etmək üçün muzeyə də gedirəm, konsertə də baxıram.

İyulun 7-də Qarabağ Regional Mədəniyyət idarəsinin Ağdam Rayonu Cabbar Qaryağdıoğlu adına 1 Saylı Uşaq Musiqi Məktəbinin təşkilatçılığı ilə keçirilən ulu öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş "ZƏFƏR Salnaməsi" adlı konsertə getdim.
Konsert Azərbaycan himninin səsləndirilməsi ilə başladı. Tədbirə şəhid və qazi ailələridə dəvət olunmuşdu. Qeyri-adi çıxışlar, rəqslər təşkil olunmuşdu. İlk olaraq "Tarix Yazanlar" adlı çox təsirli bir sənədli filmi izlədik. Daha sonra Qarabağ Regional Mədəniyyət idarəsinin Ağdam Rayonu Cabbar Qaryağdıoğlu adına 1saylı Uşaq Musiqi Məktəbinin Qarabağ Kompozisiyasını izlədim. Kompozisiya çox maraqlı və gözəl təşkil olunmuşdu. Məktəb xorunun ifası da maraqlı idi. İllərdir maraqlı çıxışları ilə fərqlənən, insanların rəğbətini qazanan xanəndələr-Elgiz Əliyev, Könül Xəlil zadə, Anar Məmmədov, Vüsal Quliyev,İsmayıl bəy,ndirijor Sədaqət Məmmədova öz gözəl ifaları ilə fərqlənirdilər. Hər şey çox fərqli və gözəl təşkil olunmuşdu. Konsertdən çox duyğulandım. Maraqlı təqdimat üçün başda məktəbin rəhbəri Könül Kərimovaya, məktəbin kollektivinə, bütün iştirakçılara öz dərin təşəkkürümü bildirirəm. Doğrudan da, Azərbaycan musiqisinin, gözəl muğam və xalq mahnılarımızın əvəzi yoxdur. Bizim musiqimiz çox qüdrətlidir. Konsertdə olarkən düşündüm ki, əgər vətən uğrunda canını verən, sağlamlığını itirən dayılar, əmilər olmasaydı Zəfər də olmazdı. Allah bu zəfəri bizə bəxş edən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!


QARABAĞ AZƏRBAYCANDIR!
Nəsimi Rayon 14 saylı Tam Orta Məktəbin 9 a sinif şagiri
Bağırova Natəvan