Azərbaycanda tanınmış meyxanaçı vəfat etdi

Bir neçə gün öncə komaya düşən tanınmış meyxanaçı Elnur Valeh vəfat edib.

Lim10.az xəbər verir ki, bu haqda onun yaxınları sosial şəbəkədə məlumat veriblər.

Qeyd edək ki, meyxanaçı 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alırdı.

Onun bir neçə gün öncə toydan çıxarkən halı pisləşib və komaya düşmüşdü.