Lənkəran şəhərində ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, 1998-ci il təvəllüdlü Babək Vaqif oğlu Məmmədovun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub.
Hadisə zamanı xəsarət alan B.Məmmədov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.