"Hövsan bağları"nın su problemi: Sakinlər şikayətçidirlər

Paytaxtın "Hövsan bağları" adlanan ərazisində içməli su problemi yaşanır.

Sakinlər bildiriblər ki, yaranan problem səbəbindən hər dəfə maşınla su almağa məcbur olurlar.

Onlar rəsmi qurumlara müraciət etsələr də, nəticə dəyişməyib. Ümumiyyətlə, hər yay fəslində eyni problemi yaşayırlar.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ''Xəzər Xəbər''ə bildirilib ki, həmin ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Sakinlər fərdi və primitiv çəkilmiş su xətlərindən istifadə edirlər. Həmin xətlər istismar tələblərinə cavab vermədiyindən suya tələbatın çox olduğu yay aylarında problemlər müşahidə olunur.

O da qeyd olunub ki, perspektiv layihələrdə həmin ərazidə mərkəzləşdirilmiş su şəbəkəsinin yaradılması nəzərdə tutulur.

Ətraflı süjetdə:

"Hövsan bağları"nın su problemi: Sakinlər şikayətçidirlər

"Hövsan bağları"nın su problemi: Sakinlər şikayətçidirlər