Anası ağır qəzaya düşən Bəhruzun yardıma ehtiyacı var

Səkkiz yaşlı Bəhruzun dəstəyə ehtiyacı var.

Bu barədə Lim10.az-a onun qohumu Ulduz Abdullayeva (anasının bibisi) məlumat verib.

O bildirib ki, Bəhruz Səlimov artıq iki ildir, qaraciyər sirrozundan əziyyət çəkir.

"Həkimlər hazırda onun müalicəyə ehtiyacı olduğunu deyirlər. Müalicə olmasa, vəziyyəti ağırlaşacaq, onda qaraciyər köçürülməsinə ehtiyac ola bilər. Bizim bunu qarşılamağa nə maddi gücümüz, nə də donorumuz var. Hazırda Bəhruzun müalicəsi üçün 1 000 manata ehtiyacımız var".

Ulduz Abdullayeva bildirib ki, Bəhruzun anası Ülviyyə Səlimova dörd il əvvəl avtomobil qəzasına düşüb:

"Qəza nəticəsində onun kəllə sümüyü sınıb, o gündən bəri yatağa məhkumdur. Sol tərəfi işləmir, ancaq dəstək lazımdır. Həmin gündən Ülviyyə və övladlarına mən baxıram. Sizin saytın izləyiciləri sayəsində Ülviyyənin əməliyyatı üçün lazım olan məbləği toplayıb əməliyyatını etmişik. Yardımsevər şəxslərdən Bəhruza da dəstək olmağı xahiş edirəm".

Ailə ilə əlaqə: (070) 382-25-26.

"Kapital Bank": 4169 7388 5133 7109.