Kürdəmirdə evi yararsız vəziyyətə düşən ailə üçün çadır qurulub.
Lim10.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, Kürdəmir rayonu, Qoçulu kənd sakini Zinhar Qalamirzə oğlu Nəsirova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bununla əlaqədar FHN-in Aran Regional Mərkəzinin əməkdaşları tərəfindən ailə üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.