Cənubi Afrikada məktəbli avtobusu aşıb: Ölənlər və yaralananlar var

Cənubi Afrikanın şimalında məktəb avtobusunun avtomobillə toqquşması nəticəsində ən azı 12 ibtidai sinif şagirdi həlak olub, yeddi nəfər yaralanıb.

Lim10.az bildirir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, şagirdlərin olduğu avtobus Yohannesburqda məktəbə gedərkən avtomobilə çırpılıb. Avtobus aşıb və yanıb.

Faktla bağlı araşdırma aparılır.