Azərbaycanın bir rayonunda qaz xətlərində sızma aşkarlanıb, bəzi ərazilərdə təchizat dayandırılır

Bu gün Ucar rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Lim10.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Ucar" və "Lək 1-ci xətt" qaz ölçü qovşaqlarından qidalanan Ucar şəhərini və rayonun 27 kəndini təbii qazla təmin edən müxtəlif diametrli qaz xətlərində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə 11.07.2024-cü il tarixində saat 9:00-dan işlər başa çatanadək "Ucar" ölçü qovşağından qidalanan "Əhali" ortatəzyiqli qaz xəttindən və "Lək 1-ci xətt" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Həmçinin, təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının (Ucar şəhəri, rayonun 27 kəndi) qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.