Paytaxt yollarında quraşdırılmış videomüşahidə kameralarının əhatə dairəsində ötən 6 ay ərzində 885 yol-nəqliyyat hadisəsi baş verib.
Lim10.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bundan başqa, 933 texniki nasaz nəqliyyat vasitəsinin yolda qalması müşahidə edilib. Müvafiq tədbirlər görülməsi üçün NİİM-in əməkdaşları tərəfindən aidiyyəti üzrə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına dərhal məlumat verilib. Qeydə alınan qəzaların təhlili göstərir ki, sürət həddinə, ara məsafəsinə düzgün əməl edilməməsi, yol nişanlarının tələbinin pozulması və sürücü diqqətsizliyi yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.
Bakının müxtəlif küçə və prospektlərində baş verən bu hadisələr və yolda qalan texniki nasaz avtomobillər sıxlığın yaranmasına, digər nəqliyyat vasitələrinin sərbəst və fasiləsiz hərəkət etməsinə mane olub.
Eyni zamanda sıxlıqların vaxtında qarşısının alınması və yollarda nəqliyyat axınının intensivliyini təmin etmək məqsədilə Mərkəzin əməkdaşları tərəfindən 55 küçə və prospekt üzrə 39 mindən çox "yaşıl dalğa" əmri tətbiq edilib.
Bakıda baş verən dəhşətli qəzaların görüntülərini təqdim edirik: