53 yaşlı kişi yarımtikilidə asılı vəziyyətdə tapıldı

Lənkəranda intihar hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Havzava kəndində qeydə alınıb.

Kənd sakini, 53 yaşlı İman Kərimov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asıb.

Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır.