ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, ABŞ Konqresi Ukrayna qoşunlarının Rusiya ərazisinə zərbə endirməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarıdır.
Lim10.az xəbər verir ki, bu barədə Gazeta.ru məlumat yayıb.
"Konqresin iradəsi Kiyevə bizim artıq göndərdiyimiz silahların və yardımların istifadəsində çeviklik verməkdir ki, onlar öz istədikləri kimi döyüşə bilsinlər", - deyə Conson izah edib.
İyulun 11-də məlum olub ki, Ukrayna lideri Volodimir Zelenski ABŞ Prezidenti Co Baydendən Rusiya ərazisinə hücumlar üçün silahdan istifadəyə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağı tələb edib. Zelenskinin sözlərinə görə, ölkəsi bu addımı gözləyir. Ukrayna prezidenti bu tələbi irəli sürüb, çünki Rusiya ərazisinə "dərin zərbələr" olmasa, Kiyev heç nə edə bilməyəcək.