Bakıda 17 yaşlı velosipedçini avtomobil vurub

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, Mərdəkan qəsəbəsində 2007-ci il təvəllüdlü Amin Ramiz oğlu Abışov velosipedlə hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.