Polşa ordusuna məxsus təyyarə qəzaya uğrayıb

Polşa ordusuna məxsus "M-346" təlim təyyarəsi ölkənin şimalında Qdınya şəhərinin hava limanında qəzaya uğrayıb.

Lim10.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Ali Hərbi Komandanlığı məlumat yayıb.

Qeyd olunub ki, təlim təyyarəsi hava limanının uçuş-enmə zolağına çırpıldıqdan sonra alovlanıb.

Hadisə zamanı təyyarədə yalnız bir pilot olub. Onun katapult etdiyi bildirilir.