Sumqayıtda marşrut avtobusu TIR-la toqquşub: Xəsarət alanlar var

Bu gün saat 17:00 radələrində Bakı-Quba yolunun 35-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Lim10.az-a Baş Dövlət Yol Polisi İdarəsi məlumat verib.

Bildirilib ki, "Isuzu" markalı 50-AE-781 nömrə nişanlı avtobusun sürücüsü yolun hərəkət hissəsində sürəti azaldaraq dayanmaq istəyib, bu zaman arxadan hərəkət edən "Mercedes Axor" markalı 77-XX-463 nömrə nişanlı yük avtomobili onunla toqquşub.

"Hadisə nəticəsində həyatını itirən olmayıb, avtobusda olan 12 nəfər sərnişinə ilkin tibbi yardım göstərilib", - deyə məlumatda qeyd olunub.

Hacı Zeynalabdin - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı iyulun 12-si saat 17:20-də Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 12 nəfər (7-si kişi cinsli, 5-i qadın cinsi olmaqla) yerləşdirilib.

Lim10.az bildirir ki, bu barədə Mərkəzdən məlumat verilib.

Qeyd edilib ki, hazırda bir nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub, 11 nəfər xəsarət alıb.

"Report"un yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb. 3 nömrəli marşrut avtobusu TIR-la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.