İlon Mask: "Avropa Komissiyası "X"ə gizli senzura təklif edib"

Avropa Komissiyası "X" sosial şəbəkəsinə (keçmiş "Twitter") istifadəçi yazılarına gizli senzura tətbiq etməyi təklif edib.

Lim10.az ren.tv-yə istinadən xəbər verir ki, bu barədə platformanın sahibi İlon Mask məlumat verib.

"Avropa Komissiyası "X"ə qeyri-qanuni məxfi sövdələşmə təklif etdi: "Əgər biz bu barədə heç kimə demədən yazıları sakitcə senzura etsək, cərimələnməyəcəyik", - o, sosial media səhifəsində yazıb.

Maskın sözlərinə görə, digər platformalar bu sövdələşməyə razılıq verib, lakin "X" rəhbərliyi bundan imtina edib.