Dünyada cəmi bir nüsxə olan 2,3 milyon dollar dəyərindəki "Lotus Evija X" hiperkarı yarışın başlamasından üç saniyə sonra qəzaya uğrayıb.
Lim10.az championat.com-a istinadən xəbər verir ki, unikal superkar Qudvud Sürət Festivalı zamanı startdan dərhal sonra divara çırpılıb.
Avtomobilin təkərləri sürüşməyə başlayıb və nəticədə sürücü idarəetməni itirib.
Bildirilir ki, sürücünün sağlamlığı üçün təhlükə yoxdur. Superkara gəlincə, onun ön hissəsindəki bəzi hissələr zədələnib.
"Lotus Evija X" Britaniya brendi tərəfindən 2023-cü ildə yaradılmış unikal konsept avtomobildir. O toplam 2039 at gücü hasil edən dörd elektrik mühərrikinə malikdir. Avtomobilin maksimal sürəti 349 km/saatla məhdudlaşdırılıb.