Yaponiyanın Yamaqata prefekturası parlamenti sakinləri sağlamlığı yaxşılaşdırmaq və ürək-damar xəstəliklərindən qorumaq üçün gündə ən azı bir dəfə gülməyə çağıran qətnamə qəbul edib.
Lim10.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu təşəbbüs Liberal Demokrat Partiyası tərəfindən irəli sürülüb.
Qanunvericilər tərəfindən hazırlanan layihədə prefektura sakinlərinə fiziki sağlamlığı yaxşılaşdırmaq və əqli dayanıqlığı artırmaq üçün gündə ən azı bir dəfə gülmək tapşırılıb. Bundan əlavə, qətnamə müəllifləri işəgötürənləri iş yerində gülüş üçün əlverişli atmosfer yaratmağa çağırıblar.