Rostovdan Azərbaycana balıq və süd məhsulları tədarük ediləcək
Rusiya Federasiyasının Rostov vilayətində Azərbaycana ixrac üçün nəzərdə tutulan 27 tondan çox dondurulmuş balıq hazırlanıb.
“vergiler.az” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bununla yanaşı, Azərbaycana 2,4 ton süd və süd məhsulları göndərilmək üçün qeydiyyata alınıb.
İxrac üçün nəzərdə tutulan bütün məhsulların baytarlıq-sanitariya baxımından təhlükəsiz olduğu və idxal edən ölkənin tələblərinə tam uyğun olduğu bildirilir.