ƏDV ilə bağlı yeni qərar
Milli Məclisdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsinə dəyişiklik müzakirələrdən sonra qəbul olunub.
Bu qanun işğaldan azad edilmiş ərazilərdə həmin ərazinin rezidentlərinə verilən vergi azadolmaları, həmin azadolmaların tətbiq edildiyi subyektlərin və əməliyyatların dairəsi ilə bağlı məsələləri tənzimləyir.
ƏDV-nin geri qaytarılması qaydası isə aşağıdakı kimi olacaq:
Fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılacaq.