Son günlər Azərbaycanda ətin qiymətinin bahalaşması fonunda ölkədə maldarlıq və qoyunçuluğun zəifləməsi, yerli ət istehsalının azalması məsələsi gündəmə gəlib. Bəzi rəylər var ki, işğaldan azad edilən və heyvandarlıq üçün əlverişli torpaqlarla bağlı ümidlər də özünü doğrultmayıb. Məsələn, deyilənə görə, Laçında mal ətinin kiloqramı 16, quzu əti isə 24 manata satılır.
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər vasitəsilə ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 629 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
ABŞ Konqresi Nümayəndələr Palatasının Texasdan olan üzvü Henri Kuellar və xanımı Mexikodakı bir bankdan və Azərbaycana məxsus bir neft-qaz şirkətindən 600 min dollar rüşvət almaqda ittiham olunur. Onun özü günahsız olduğunu iddia edir.
Hazırda insanları ən çox narahat edən məsələlərdən biri də qanunsuz tikililər və sənədsiz evlərin taleyidir. Belə evlərin əksəriyyəti Bakı və Abşeron rayonu ərazisində yerləşir