Ceyms O'Brayn: "Orta Asiya ölkələri inanılmaz dərəcədə zəngindir..."
ABŞ Mərkəzi Asiya ölkələrindən Rusiya və Çindən yan keçərək Ermənistan və Azərbaycan əraziləri vasitəsilə dünya bazarlarına yeni quru marşrutunun yaradılması imkanlarını nəzərdən keçirir, deyə Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin köməkçisi Ceyms O' Brayen bildirib.
"Orta Asiya ölkələri inanılmaz dərəcədə zəngindir və indi dünya bazarlarına çıxmaq üçün yeganə variantları Rusiya və ya Çin vasitəsiylədir. Əgər biz Ermənistan və ya Azərbaycandan keçəcək marşrutu aça bilsək, onlar dünya bazarlarına çıxış əldə edəcəklər və Rusiya və Çindən daha az asılı olacaqlar", - deyə O'Brien Senatın Xarici İşlər Komitəsində bildirib.