Mikayıl Cabbarov BƏƏ-nin iqtisadiyyat naziri ilə görüşdü

"Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqtisadiyyat naziri, həmkarım Abdulla Bin Touq Al Marri ilə Şuşada görüşmək xoş oldu".

Lim10.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabında bildirib.

"Ölkələrimizin iqtisadi əməkdaşlığının uğurla davam etdiyini məmnunluqla vurğuladıq. Yaşıl enerji və turizm üzrə potensial investisiya layihələri, Azərbaycan - BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması istiqamətində həyata keçirilən danışıqlar barədə müzakirələr apardıq", - deyə nazir əlavə edib.