“Turizm potensialı olan bölgələrdə monopoliya var“- Akif Nəsirli
“Turizm sektorunda güclü inhisarçılıq var.Ona görə də bu sektora kənar oyunçuların girməsi çox çətindir. Xüsusən də turizm potensialı olan bölgələrdə monopoliya var. Bu bölgələr 5-10 adamın əlindədir. Üstəlik, Dövlət Turizm Agentliyi də o adamları himayə edir. Qeydiyyatı o qədər çətin və baha ediblər ki, hər adam bu öhdəliyin altına girə bilmir”.
Bunu News365.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, əslində “kənd turizmi” obyektlərindən qeydiyyat tələb eləmək doğru deyil:
“Çünki, adamlar mövsümdə 1-2 ay evini kiməsə kirayəyə verib 5-10 manat qazanmaq istəyir. Buna da əngəl yaratmaq haqsızlıqdır. Məncə bu adamlar vergidən də azad olmalıdır. Çalışmaq lazımdır ki, regionlarda yaşayan adamların turizm sektoruna marağı artsın. Aşağı kateqoriyalı və ucuz otelçilik inkişaf etsin. Bu hesaba da həm yerli sakinlər qazansın, həm də bu yerlərə üz tutan soydaşlarımız. Son nəticədə isə hər kəs üçün seçim imkanı da yaranar. Pulu olan gedib 150-200 manatlıq hoteldə qalacaq. İmkanı olmayan da kiminsə fərdi evində gecəsi 10-15 manata keçinib gedəcək”.
İlhamə Qiyas