Cəmiyyət

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi “Real Təhlil İnformasiya Mərkəzi” MMC (VÖEN – 1503952561) olub. Yeniavaz.com xəbər verir ki, “Aqroservis” ASC məlumat və reportajların televiziya yayımı xidmətlərinə görə “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə 11 ay üçün (01.03.2025-ci il tarixinə kimi) 31 min 647 manat 60 qəpik ödəyəcək.
0.074073076248169