Peskov Rusiya üçün qorxulu təhlükə haqqında xəbərdarlıq etdi

"Rusiyada doğum səviyyəsi dəhşətli dərəcədə aşağı düşüb. Bu isə millətin gələcəyini təhlükə altına alır".

Lim10.az-ın iz.ru saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəbərdarlıq edib.

"Biz hər il azalırıq, çıxış yolu isə doğum səviyyəsinin artırılmasıdır", - deyə Kremlin nümayəndəsi vurğulayıb.

O, Rusiyada doğum səviyyəsinin cəmi 1.41% təşkil etdiyini deyərək bu rəqəmi qorxunc adlandırıb və nəticələrinə görə Avropa ölkələri, həmçinin Yaponiya ilə müqayisə edilə biləcəyini vurğulayıb.