Gürcüstanın qərbində Çxorotsku kəndi yaxınlığında (Sameqrelo-Zemo Svaneti rayonu) 4.3 bal gücündə zəlzələ baş verib.
Lim10.az "Sputnik Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında bildirilir.
Zəlzələnin ocağı Çxorotskudan 13 km şimal-qərbdə, Taya kəndi yaxınlığında, 17 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 09:45-də qeydə alınıb.