ABŞ-li milyarder İlon Mask Paris-2024 Yay Olimpiya Oyunlarının rəsmi açılış mərasimi zamanı xristianlara qarşı hörmətsizlik edildiyi qənaətindədir.
Lim10.az xəbər verir ki, o bu barədə özünün "X" hesabında yazıb.
İlon Mask hesab edir ki, açılış mərasimində iştirakçılar Leonardo da Vinçinin məşhur "Sonuncu şam yeməyi" dini tablosuna parodiya edərək xristianların heysiyyətinə toxunublar.
Məlumat üçün əlavə edək ki, ən məşhur dini tablo olan "Sonuncu şam yeməyi" Leonardo da Vinçi tərəfindən 1495-1498-ci illər arasında yaradılıb. Rəsm əsəri İsa Məsihin çarmıxa çəkilməmişdən əvvəl son şam yeməyinin səhnəsini təsvir edir.