Paris-2024-də ilk medalçılar bəlli oldular

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk medalçılar bəlli olub.

Lim10.az xəbər verir ki, qarışıq komandaların pnevmatik tüfəngdən 10 metr məsafəyə atəşaçma yarışında Çin təmsilçiləri qızıl mükafata layiq görülüblər.

Həmçinin Cənubi Koreya atıcıları gümüş, Qazaxıstan idmançıları isə bürünc medal əldə ediblər.

Xatırladaq ki, Paris-2024 avqustun 11-də başa çatacaq.