"Qisasçılar"ın davamı çəkiləcək

"Marvel Studios" elan edib ki, növbəti "Avengers"in ("Qısasçılar") rejissorları "Avengers: Infinity War" və "Avengers: Endgame" filmlərini ərsəyə gətirən Entoni və Co Russo qardaşları olacaq.

Yeni filmlər 2026 və 2027-ci illərdə buraxılacaq.

İlk təsdiqlənmiş qəhrəmanlar yeni Fantastik Dördlük və Doktor Dumdur. Sonuncu obrazı əvvəllər Marvel Kinematik Kainatında Dəmir Adam rolunu oynamış kiçik Robert Dauni canlandıracaq.

Bundan əlavə, "Avengers 5"in artıq yeni adı da bəllidir - "Avengers: Day of Doom". Burada əsas cani, filmin adından da göründüyü kimi, Doktor Dum olacaq. Bundan əlavə, personaj "Avengers: Secret Wars" filmində də görünəcək.